Premyer Liqa: "Kəpəz" "Zirə" ilə qarşılaşacaq

Misli Premyer Liqasının XXXII turunda bu gün "Kəpəz" "Zirə" ilə qarşılaşacaq.
BAKU.WS xəbər verir ki, görüş Tovuz şəhər stadionunda, saat 19:00-da başlayacaq.
Matçın baş hakimi Əliyar Ağayev olacaq. "Zirə" hazırda 61 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.
Misli Premyer Liqası
IV dövrə, XXXII tur
26 aprel
19:00. "Kəpəz" – "Zirə"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun ötən gün baş tutan "Turan Tovuz" - "Şamaxı" matçı 1:1 hesablı bərabərliklə bitib. XXXII tura aprelin 28-də yekun vurulacaq.
Oxşar xəbərlər
Dünya çempionatında uğurlu çıxış edən güləşçilərimiz Vətənə qayıdıblar
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar. "Report" xəbər verir ki, onla...
