Nigar Mirzəliyeva "Zenit"lə Superkubokunun qalibi oldu
08
iyn
2025
20:00
Azərbaycan qadın futbol millisinin üzvü Nigar Mirzəliyeva uğurlu çıxışını davam etdirir. O, Rusiya təmsilçisi "Zenit"in heyətində ölkə Superkubokunun qalibi olub.
BAKU.WS xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburqda keçirilən final qarşılaşmasında Moskva "Lokomotiv"ini 3:0 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.
Görüşün start heyətində yer alan Mirzəliyeva matçın sonunadək meydanda qalıb və komandasının qələbəsində pay sahibi olub.
Qeyd edək ki, bu, "Zenit"in tarixində ikinci Rusiya Superkuboku tituludur.
Oxşar xəbərlər
DÇ-2026: Konqo İngiltərə ilə oyunda hesabı açıb
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası oyununda ilk qol vurulub. BAKU.WS xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/16 f...