Messi Bayden tərəfindən mükafatlandırılma mərasiminə getmədi

"İnter Mayami"nin argentinalı futbolçusu Lionel Messi ABŞ Prezidenti Co Bayden tərəfindən Azadlıq medalı ilə təltifedilmə mərasiminə qatılmayıb.
Bu barədə "CBS News" məlumat yayıb.
Messi işinin çoxluğu səbəbindən Ağ Evdə keçirilən rəsmi tədbirə gələ bilməyib.
Qeyd edək ki, Prezident Azadlıq medalı ABŞ prezidenti tərəfindən vətəndaşlara təqdim edilən ən yüksək mükafatdır.
Xatırladaq ki, ulduz hücumçu dekabrın 11-də Azərbaycana səfər edərək bir sıra tədbirlərdə iştirak edib.
Belə ki, o, komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba ilə birgə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, Heydər Əliyev Mərkəzinə baş çəkərək Azərbaycanın zəngin mədəni irsi ilə tanış olub. Ulduz futbolçu Bakıda, həmçinin Qarabağ atları ilə tanış olub və fanatları ilə görüşüb. Sonuncu tədbirdən əldə edilən vəsait xeyriyyə fonduna bağışlanıb.

Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi bu gün mübarizəyə qoşulacaq
Azərbaycanın 4 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün çıxış edəcək. BAKU.WS report-a istinadən xəbər verir ki,...
