Marselo "Olimpiakos"dan getdi

Marselo Olimpiakosdan getdi
İdman 196

Braziliyalı futbolçusu Marselo Yunanıstanın "Olimpiakos" klubu ilə yollarını ayırıb.

BAKU.WS xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Marselo ötən ilin sentyabrında "Olimpiakos"la 1+1 illik müqavilə imzalayıb. Təcrübəli futbolçu 10 oyunda meydana çıxıb və 3 qol vurub.

Futbolçu daha əvvəl ölkəsinin "Fluminense" və İspaniyanın "Real Madrid" klublarının formasını geyinib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər