“Qarabağ”ın rəqibi Marselonu transfer etdi - FOTO

03
sen
2022
09:48
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” klubu “Real Madrid”in sabiq müdafiəçisi Marselonu transfer edib.
BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 34 yaşlı Marselo 15 ildən çox "kral klubu"nda forma geyinib. O, 544 matçda iştirak edib və 37 qol vurub. Braziliyalı müdafiəçi Madrid təmsilçisi ilə 25 kubok, o cümlədən 5 Çempionlar Liqası kubokunu qazanıb.

Oxşar xəbərlər
"Neftçi"nin keçmiş futbolçusu “Qarabağ” potenisalını dəyərləndirdi
Mamadu Kane Avropada ilk addımını “Neftçi”də atdı. 2019-cu ilin yanvarında keçdiyi “ağ-qaralar”da 2 il yarımlıq yüksək performansın yekununda Yunanıstan nəhəngi...