Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 18-də Xətai, Xəzər və Yasamal rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.
Bu barədə BAKU.WS-ə Azərişıq ASC-dən bildirilib.
Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 14:00-dək 10/0.4 kV-luq Transformator Məntəqəsində (TM) görüləcək yenidənqurma işləri ilə əlaqədar Məhəmməd Hadi və Sarayevo küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xəzər RETSİ-nə daxil olan 6 kV-luq ikidövrəli bir sıra hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 14:00-dək Mərdəkan qəsəbəsi Almaz İldırım, Hacı Məmmədov, Məmməd Səid Ordubadi və Mirzə Ələkbər Sabir küçələrinin bir hissəsini əhatə edəcək.
Yasamal RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir işləri zamanı Abdulla Qarayev, Mirmövsüm Nəvvab, Nəriman Nərimanov və Zahid Xəlilov küçələrinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Oxşar xəbərlər
Xocavənddə yeni tarixi abidə aşkar edildi
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində tarixi və memarlıq əhəmiyyəti daşıya biləcək tikili aşkar edilib. BAKU.WS xəbər verir ki, bu barədə Mədəni İrsin Qo...