Tramp İranla müharibədə "dönüş nöqtəsi" elan etdi: Yeni hücum qərarı veriləcək
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin həlledici mərhələyə çatdığını bildirib. O, münaqişəyə son qoymaq məqsədilə genişmiqyaslı hərbi əməliyyatların yenidən başladılıb-başladılmayacağına qərar veriləcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə "Axios"a müsahibəsində danışıb.
ABŞ lideri İran rejiminin məhv edilib-edilməməsi ilə bağlı mühüm qərar qarşısında olduğunu bildirib.
Onun açıqlaması Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Oman liderləri ilə planlaşdırılan görüşdən əvvəl səsləndirilib. Görüşdə İranla münaqişənin növbəti mərhələsi və müharibədən sonrakı strategiya müzakirə olunacaq.
Trampın sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdəki qüvvələri ilin sonuna qədər mümkün eskalasiyaya hazır vəziyyətdə saxlanılacaq. Ağ Ev isə İranın qarşısının alınması və regionda yeni siyasi düzənin formalaşdırılması ilə bağlı strategiya üzərində işləyir.
Qeyd edək ki, ABŞ daha əvvəl İranın cavab zərbələrinin Səudiyyə Ərəbistanı və Qətərin enerji infrastrukturuna təhlükə yarada biləcəyi ilə bağlı narahatlıqlardan sonra genişmiqyaslı hücumları təxirə salmışdı.
Oxşar xəbərlər
Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alındı
Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanlar Nikolski yaşayış...