100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37 şəhər müəyyənləşdirilib.
BAKU.WS xəbər verir ki, Swiftest şirkətinin məlumatlarına əsaslanan araşdırmada Tokio, Mumbay və Nyu-York kimi iri şəhərlərlə yanaşı, Türkiyənin İstanbul və İzmir şəhərləri də yüksək riskli yaşayış məntəqələri sırasında göstərilib.
Hesabata görə, İstanbul siyahıda 5-ci, İzmir isə 6-cı yerdə qərarlaşıb. Araşdırmanın müəlliflərindən Metyu H. Neşin sözlərinə görə, dəniz səviyyəsinin yüksəlməsi və qəfil daşqınlar qarşıdakı əsrdə bir sıra sahil şəhərlərini yaşayış üçün əlverişsiz vəziyyətə sala bilər.
Məlumata əsasən, bəzi şəhərlər sahilboyu mühafizə tədbirlərini gücləndirsə də, bir çoxunda daşqın və su basmasının qarşısının alınması ilə bağlı tədbirlərin yetərli olmadığı qeyd edilir.
Risk siyahısında Tokio, Mumbay, Nyu-York, Osaka, İstanbul, İzmir, Kolkata, Banqkok, Cakarta və London ilk 10-luqda yer alıb.
Ümumilikdə siyahıya ABŞ, Yaponiya, Hindistan, Türkiyə, Tailand, İndoneziya, Böyük Britaniya, Banqladeş, Vyetnam, Avstraliya, Misir, Portuqaliya, BƏƏ, Kanada, Danimarka, İrlandiya, Niderland, İtaliya və digər ölkələrin şəhərləri daxil edilib.
Oxşar xəbərlər
Müntəzəm kitab oxumaq Alzheimer riskini 33%-dək azalda bilər
İngiltərədəki Kembric Universitetinin rəhbərliyi ilə aparılan araşdırmada müntəzəm kitab oxumağın zehni sağlamlığa müsbət təsir etdiyi və yaşlılıq dövründə Alzh...