Müntəzəm kitab oxumaq Alzheimer riskini 33%-dək azalda bilər
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərədəki Kembric Universitetinin rəhbərliyi ilə aparılan araşdırmada müntəzəm kitab oxumağın zehni sağlamlığa müsbət təsir etdiyi və yaşlılıq dövründə Alzheimer və demensiya riskini azaltdığı müəyyənləşdirilib.
BAKU.WS xəbər verir ki, araşdırmada uşaqlıqdan yaşlılıq dövrünədək on minlərlə insanın koqnitiv və nevroloji məlumatları təhlil olunub.
Nəticələrə görə, erkən yaşlarda mütaliə vərdişi formalaşan uşaqlarda diqqət, yaddaş və akademik göstəricilər daha yüksək olub. Kitab oxumağın ekran qarşısında keçirilən vaxtı azaltdığı və yuxu keyfiyyətinə də müsbət təsir göstərə bildiyi qeyd edilib.
Araşdırma çərçivəsində 55 yaş və yuxarı təxminən 6 min nəfərin beş il ərzində müşahidəsi zamanı müntəzəm kitab, qəzet və jurnal oxuyan şəxslərdə koqnitiv zəifləmə ehtimalının daha aşağı olduğu müəyyənləşdirilib. Bu qrupda Alzheimer riskinin 33 faiz azaldığı bildirilib.
Beyin görüntüləmələri zamanı isə mütaliənin yaddaş, öyrənmə və emosiyaların idarə olunmasında iştirak edən beyin nahiyələrində sinir əlaqələrini gücləndirə bildiyi müşahidə olunub.
Tədqiqatçılar həmçinin bədii mətnə cəmi beş dəqiqə diqqət yetirməyin belə stress səviyyəsini 20 faizə qədər azalda biləcəyini bildiriblər.
Oxşar xəbərlər
Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir
Avropa İttifaqı (Aİ) noyabrın 4-də Brüsseldə keçirilən Ukrayna ilə bağlı danışıqlarda Aİ ölkələrinin Rusiyaya qarşı tələblərlə bağlı razılaşdırılmış mövqeyinin...