Rusiyanın modernləşdirilmiş "Vampir" qumbaraatanı Afrikada ilk dəfə nümayiş etdiriləcək
"Rosoboroneksport" şirkəti "Vampir" kimi tanınan RPG-29 tank əleyhinə qumbaraatanın modernləşdirilmiş versiyasını ilk dəfə Afrikada təqdim edəcək.
BAKU.WS xəbər verir ki, RPG-29M Cənubi Afrika Respublikasında keçiriləcək Africa Aerospace and Defence 2026 sərgisində nümayiş etdiriləcək.
Bildirilib ki, silahın modernləşdirilmiş versiyası hərbi əməliyyatlar təcrübəsi nəzərə alınmaqla hazırlanıb. RPG-29-un baz versiyası 1989-cu ildə silahlanmaya qəbul edilib və tandem döyüş başlığı ilə dinamik mühafizənin arxasındakı 650 millimetrədək zirehi deşə bilir.
RPG-29M-in əsas fərqləri arasında daha az çəki və təkmilləşdirilmiş erqonomika göstərilir. Həmçinin yeni versiyada nişangahla atəş məsafəsinin iki dəfə artırıldığı qeyd olunur.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın "The National Interest" jurnalı "Rosoboroneksport"un modernləşdirilmiş RPG-29M-lər üçün alıcılar tapa biləcəyini yazmışdı.
Oxşar xəbərlər
"Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı
Türkiyədə uzun illər böyük maraqla izlənilən "Kurtlar Vadisi Pusu" serialı ilə bağlı yeni araşdırma başladılıb. BAKU.WS xəbər verir ki, Silivri Respublika Baş P...