"Keşlə" ilk yoxlama oyununda qələbə qazanıb

Keşlə ilk yoxlama oyununda qələbə qazanıb
İdman 397

"Keşlə" futbol komandası qış fasiləsində ilk yoxlama oyununu keçirib.

BAKU.WS-in məlumatına görə, Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv I Divizion təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. “ASK Arena”-nın əsas meydançasında təşkil olunan qarşılaşma "Keşlə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində Vüsal İsgəndərli, Ruslan Qurbanov və Ruslan Əmircanov fərqləniblər.

“Keşlə” hazırlığın ikinci mərhələsi çərçivəsində yanvarın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq. Komanda Yanvarın 17-də Almaniyanın III Liqa təmsilçisi "Tsvikkau" ilə qarşılaşacaq. Paytaxt təmsilçisi 5 gün sonra Rusiyanın "Arsenal" (Tula), yanvarın 24-də Slovakiyanın "Zemplin" komandası ilə üz-üzə gələcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Sumqayıt"ın daha iki rəqibi bəlli oldu

"Sumqayıt"ın daha iki rəqibi bəlli oldu

"Sumqayıt"ın Antalya toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı daha iki rəqibi müəyyənləşib. BAKU.WS qol.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovun ko...

485 İdman 21:33 05 yanvar 2020

Son xəbərlər