"Neftçi" Kiyev "Dinamo"su ilə qarşılaşacaq

“Neftçi” komandasının yanvarın 11-dən 25-dək Türkiyədə təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 20-də Belekdəki “Gloria Sports Arena”da Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, qonşu ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi”nin yanvarın 15-dəki rəqibi Polşanın “LKS Lodz” klubu olacaq. Yanvarın 24-ü baş tutacaq sonuncu sınaq matçındakı rəqibi hələ ki, bəlli deyil.

Oxşar xəbərlər
Azərbaycan kubokunda 1/4 finalın cütləri müəyyənləşib
Azərbaycan kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib. BAKU.WS xəbər verir ki, 1/8 final mərhələsinin bu gün keçirilən üç oyunundan sonra “Səbail”, “...