"Qarabağ"ın bütün rəqibləri məlum oldu

Qarabağın bütün rəqibləri məlum oldu
İdman 1774
"Qarabağ" Antalyada baş tutacaq qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək.BAKU.WS futbolpress.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin artıq bütün rəqibləri və bu oyunların keçiriləcəyi tarixlər məlum olub."Atlılar" ilk matçında yanvarın 17-si Rusiyanın "Kuban" klubuyla qarşılaşacaq. Komanda yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klublarıyla üz-üzə gələcək. "Qarabağ"ın beşinci sınağı Bosniya və Hersoqovinanın "Sarayevo" komandasına qarşı olacaq. Son yoxlama matçında isə fevralın 3-ü Monteneqronun "Mladost" komandası rəqib olacaq.BAKU.WS

Oxşar xəbərlər

“Qarabağ”dan daha bir qələbə

“Qarabağ”dan daha bir qələbə

“Qarabağ” komandası Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.Ağdam təmsilçisi XIV turun açılış oyununda “Neftçi”ni məğlub edib.Matçda yeganə qolu...

1650 İdman 20:58 01 dekabr 2017

Son xəbərlər