"Sumqayıt"ın daha iki rəqibi bəlli oldu

05
yan
2020
21:33
"Sumqayıt"ın Antalya toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı daha iki rəqibi müəyyənləşib.
BAKU.WS qol.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovun komandası yanvarın 14-də Macarıstanın 2-ci liqa təmsilçisi "Rakotsi" ilə üz-üzə gələcək. "Sumqayıt" yanvarın 18-də isə Rumıniyanın yüksək liqasında çıxış edən "Politexnika" ilə qarşılaşacaq.
Xatırladaq ki, "Sumqayıt" hazırlıq müddətində yanvarın 21-də "Arka" (Polşa) ilə qarşılaşacağı əvvəlcədən məlum idi.

Oxşar xəbərlər
"Neftçi" Kiyev "Dinamo"su ilə qarşılaşacaq
“Neftçi” komandasının yanvarın 11-dən 25-dək Türkiyədə təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha bir...