Güləşçimiz erməni dünya çempionunun kürəyini yerə vurdu
 
                            
                            
                                09
                                avq
                            
                                2019
                                21:06
                            
                            
                        Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri davam edir.BAKU.WS-in məlumatına görə, üçüncü yarış günündə 86, 97, 125 kq-da sərbəst, 82, 97 və 130 kq-da yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.82 kq-da çıxış edən yunan-Roma güləşçilərimizin hər ikisi yarımfinala yüksəlib.Bu mərhələdə Elvin Mürsəliyev uduzsa da, Rafiq Hüseynov Ermənistanın dünya və Avropa çempionu Maksim Manukyana tam üstünlüklə – 9:1 hesabıyla qalib gələrək, finala vəsiqə qazanıb.Orxan Nuriyev (-97 kq) də yarımfinalda dünya çempionu ilə qarşılaşıb. Gənc güləşçimiz fransalı Melonen Numonvini məğlub edərək finala yüksəlib.Yeni gürcü legionerimiz Beka Kandelaki (-130 kq) öz meydanında Elvin kimi bürünc medal uğrunda mübarizə aparacaq.Sərbəst güləşçilərimizdən isə Hacımurad Məhəmmədsəidov (-86 kq) finala adını yazdırıb.Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək.
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
“EYOF Bakı 2019”: 3 güləşçimiz finala vəsiqə qazanıb (YENİLƏNİB-1)
İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində keçirilən güləş yarışlarında pəhləvanlarımız çıxışlarını...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    