“EYOF Bakı 2019”: 3 güləşçimiz finala vəsiqə qazanıb (YENİLƏNİB-1)
21
iyl
2019
13:55
İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində keçirilən güləş yarışlarında pəhləvanlarımız çıxışlarını uğurla davam etdirirlər.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, sərbəst güləşçimiz Murad Haqverdiyev (45 kq) rusiyalı güləşçi Eldar Asakayevi, belaruslu Mikita Berazunu, türkiyəli Bahri Soyleri, polşalı Fabian Niedziedzkini məğlub edərək finala vəsiqə qazanıb.Onun komanda yoldaşı Əbülfəz Nəsirov (55 kq) finala gedən yolda britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bezhani Barsonidzeni, daha sonra rusiyalı Maqomed-Emi Eltemirovu məğlub edib.Yunan-Roma güləşi üzrə Fərid Sadıxlı (45 kq) da festivala inamlı start verib. Həmyerlimiz səkkizdəbir finalda İtaliya idmançısı Andrea Martinonu, dörddəbir finalda Davit Qvasalianı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda rusiyalı Maksim Qurova qalib gələn idmançımız finalda mübarizə aparacaq.Yunan-Roma güləşçimiz Nihat Məmmədli (55 kq) isə əvvəlcə Olivye Şkripçaka (Polşa) böyük hesabla qalib gəlib. Dörddəbir finalda gürcüstanlı Romeo Beridzeyə məğlub olan idmançımız təsəlliverici görüşlərdə mübarizə aparacaq.İlk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir.***11:40İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində keçirilən güləş yarışlarında pəhləvanlarımızın uğurlu çıxışı davam edir.BAKU.WS Trend-ə istinadən xəbər verir ki,, mübarizəyə başlayan hər dörd güləşçimiz ilk qarşılaşmalarında rəqiblərini məğlub ediblər.Sərbəst güləş üzrə təmsilçilərimiz Murad Haqverdiyev (45 kq) rusiyalı güləşçi Eldar Asakayevə, Əbülfəz Nəsirov (55 kq) Harvey Ridinqsə (Böyük Britaniya), yunan-Roma güləşi üzrə Fərid Sadıxlı Andrea Martinoya (İtaliya), Nihat Məmmədli isə Olivye Şkripçaka (Polşa) böyük hesabla qalib gəliblər.Qeyd edək ki, yarışların ilk günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir. Güləş yarışları 3 gün davam edəcək.***11:04İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışlarında pəhləvanlarımız mübarizəyə qələbə ilə başlayıblar.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, A qrupunda rusiyalı güləşçi Eldar Asakayevlə gücünü sınayan təmsilçimiz Murad Haqverdiyev (45 kq) ilk turda qələbə qazanıb.Qeyd edək ki, yarışların ilk günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir.Sərbəst güləş üzrə A qrupunda birinci turda Murad Haqverdiyevlə yanaşı, digər güləşçimiz Əbülfəz Nəsirov (55 kq) səkkizdəbir finalda Harvey Ridinqsla (Böyük Britaniya) mübarizə aparır.Yunan-Roma güləşi üzrə təsnifat mərhələsində təmsilçimiz Fərid Sadıxlı Andrea Martino (İtaliya), səkkizdəbir finalda Nihat Məmmədli Olivye Şkripçakla (Polşa) güləşəcək.
Oxşar xəbərlər
XV Avropa Gənclər Olimpiya Festivalının ilk yarış günü — CƏDVƏL
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda daha bir mötəbər yarış – XV Avropa Gənclər Olimpiya Festivalı başlayır.BAKU.WS xəbər verir ki, bu gün saat 09:00-da o...