İki güləşçimiz Avropa çempionu oldu, ikisi finala çıxdı - VİDEO
19
iyn
2019
00:16
İtaliyanın Faentsa şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatına millimiz uğurlu başlayıb.BAKU.WS xəbər verir ki, bu gün yunan-Roma güləşçilərimiz iki qızıl və bir bürünc medal qazanıb.Məlik Əliyev (-48 kq) finalda Rusiya güləşçisi Damir Kalakutokla görüşdə 0:3 hesabı ilə geridə olsa da, əzmkarlıq nümayiş etdirərək hesabı xeyrinə dəyişib (5:3) və Avropa çempionu olub.Yarımfinalda erməni rəqibi Varujan Antonyanı 4:0 məğlub edərək finala çıxmış Nihat Məmmədli (-55 kq) də qızıl medal qazanıb. O, Belarus idmançısı Qleb Makarankaya vaxtından əvvəl qalib gələrək (9:0) öz çəkisində Avropanın ən güclüsü adını qazanıb.Xasay Həsənli (-65 kq) üçüncü yer uğrunda görüşdə Gürcüstandan olan rəqibi Nikoloz Marqvelaşviliyə ilk hissədə qalib gəlməklə (9:0) bürünc medalı boynundan asıb.Qeyd edək ki, Fərid Sadıqlı (-45 kq) və Laçın Vəliyev (-92 kq) də sabah final görüşlərinə çıxacaq. Hər iki idmançımızın həlledici görüşdəki rəqibləri Rusiya güləşçiləri olacaq. Bundan başqa, Allahverdi Əliyev (-71 kq) sabah bürünc medal görüşünə çıxacaq. Təsəlliverici yarışlara çıxacaq Nihad Quluzadə (-51 kq) və Əli Alıyevin (-60 kq) də sabah bürünc medal qazanmaq şansı var.
Oxşar xəbərlər
Hacı Əliyev üçqat Avropa çempionu oldu
Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.65 kq çəki dərəcəsində mü...