FCSB-nin baş məşqçisi: "Qarabağ"la oyunda bəxtimiz gətirdi"

FCSB-nin baş məşqçisi: Qarabağla oyunda bəxtimiz gətirdi
İdman 71

"Qarabağ"la oyunda bəxtimiz gətirdi.

"Report"un məlumatına görə, bunu FCSB-nin (Rumıniya) baş məşqçisi Elias Xaralambous Bakıda "Qarabağ"a qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları görüş barədə danışıb:

"Gözəl oyuna və qələbəyə görə çox sevinirəm. Bizi çətin matçın gözlədiyini demişdim. Həqiqətən "Qarabağ"la görüşdə çox əziyyət çəkdik. Düşünürəm ki, bəxtimiz də gətirdi. Oyundan əvvəl "Qarabağ"ı yaxşı təhlil etmişdik. Standart vəziyyətərə yaxşı hazırlaşmışdıq. İstədiyimiz qolları vurduq və qələbə qazandıq".

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı Rumıniya klubunun 3:2 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

"Qarabağ" qış fasiləsində "Neftçi" ilə yoxlama oyunu keçirəcək

"Qarabağ" qış fasiləsində "Neftçi" ilə yoxlama oyunu keçirəcək

"Qarabağ"ın qış təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. BAKU.WS report-a istinadən xəbər verir ki, hazırlıq prosesinin...

47 İdman 23:17 03 yanvar 2026

Son xəbərlər