DÇ-2026: Finalçılar mükafatlandırılıb, Rodri turnirin ən yaxşı futbolçusu seçilib

DÇ-2026: Finalçılar mükafatlandırılıb, Rodri turnirin ən yaxşı futbolçusu seçilib
İdman 86

ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi futbol üzrə dünya çempionatının final qarşılaşmasının ardından mükafatlandırma mərasimi baş tutub.

BAKU.WS xəbər verir ki, həlledici oyunda Argentinanı əlavə vaxtda vurulan yeganə qolla 1:0 hesabı ilə məğlub edən İspaniya millisi çempion kimi qızıl medallara sahib çıxıb. Finalda məğlub olan Argentina yığmasının futbolçularına isə gümüş medallar təqdim edilib.

Mükafatları ABŞ Prezidenti Donald Tramp, FIFA prezidenti Canni İnfantino, Kanadanın Baş naziri Mark Karni, Meksika Prezidenti Klaudiya Şeynbaum və digər yüksəkvəzifəli rəsmilər qaliblərə təqdim ediblər.

Turnirin fərdi mükafatlarının sahibləri də açıqlanıb. İspaniya millisinin yarımmüdafiəçisi Rodri dünya çempionatının ən yaxşı futbolçusu seçilərək "Qızıl top" mükafatını qazanıb. Komandanın qapıçısı Unai Simon turnirin ən yaxşı qapıçısı adına layiq görülüb.

Bundan başqa, İspaniya yığmasının müdafiəçisi Pau Kubarsi mundialın ən yaxşı gənc futbolçusu seçilərək fərdi mükafata sahib çıxıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər