Çempion olmaqdan buna görə imtina etdi - VİDEO
28
sen
2019
13:37
Yüngül atletika üzrə keçirilən Dünya Çempionatında ibrətamiz hadisə baş verib. BAKU.WS xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən 5 min metrə qaçış yarışında idmançı birincilikdən rəqibinə kömək etmək üçün imtina edib. Qvineya-Bisaudan olan atlet Braima Suncar Dabo yarış zamanı öndə olarkən arubalı rəqibi Conatan Busbinin yerə yıxıldığını görüb. Dabo birincilikdən və dərəcə almaqdan vaz keçərək rəqibinin qoluna girərək onu finiş xəttinə gətirib. Dabo rəqibinə etdiyi kömək nəticəsində çempion olmasa da, dünya idman tarixinin yadaşına düşüb.
Qalereya
Oxşar xəbərlər
Şərif Şərifov olimpiya mükafatçısına qalib gəldi - VİDEO
BAKU.WS xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov 1/4 finalda rəqibi gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadzeyə 6:0 hesabı...