Rüstəm Orucov yapon rəqibinə yenə uduzdu - Gümüş medal qazandı
27
avq
2019
16:53
Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında iki medal qazanıb.BAKU.WS xəbər verir ki, Rüstəm Orucov 73 kq çəki dərəcəsinin finalında yaponiyalı Şohei Ono ilə qarşılaşıb.Orucov Rio-2016-nın finalında uduzduğu rəqibinə yenə məğlub olub və gümüş medalla kifayətlənib.Eyni çəkidə mübarizə aparan Hidayət Heydərov yarımfinalda Rüstəm Orucova məğlub olub. Heydərov bürünc medal uğrunda görüşdə tacikistanlı Somon Maxmadbekova qalib gəlib.Qeyd edək ki, yarışın ilk 2 günündə 6 cüdoçumuz medalsız qalıb.
Oxşar xəbərlər
EYOF: Güləşçilərimiz 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın sərbəst güləşçisi Sabir Cəfərov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.60 kq çəki dərəcəsində mübarizə...