Erməniyə qalib gələn Azərbaycan cüdoçusu Almaniyada gümüş medal qazandı (VİDEO)
25
fev
2018
11:34
Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışı keçirilir.BAKU.WS-in məlumatına görə, Azərbaycan milli komandasının da iştirak etdiyi mötəbər turnirdə 65 ölkədən 441 cüdoçu medallar uğrunda mübarizə aparır. 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov finala qədər Avstraliya, Tacikistan, Ermənistan və Almaniya təmsilçilərinə qalib gəlib. Həlledici görüşdə yaponiyalı Ono Şoheyə məğlub olan cüdoçumuz nüfuzlu yarışın gümüş medalına layiq görülüb. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi oldu
Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa kuboku uğrunda yarışa start verilib.BAKU.WS-in məlumatına görə, beynəlxalq turnirin ilk günü Azərbaycan...