Mikayıl Cabbarov: "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır"

Mikayıl Cabbarov: SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır
İqtisadiyyat 0

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Kamboca biznes forumunda deyib.

O bildirib ki, enerji məsələsi tərəflər arasında digər mühüm sahələrdən biridir:

"Azərbaycan bu gün etibarlı qlobal enerji təchizatçısıdır. Boru kəmərləri vasitəsilə ölkədən təbii qaz alan ölkələrin sayı 16-dır. Mayeləşdirilmiş formada qaz qəbul edən ölkələrin sayı isə daha çoxdur. Bu gün SOCAR Avropa, ABŞ, Yaxın Şərq, Mərkəzi Asiya və daha geniş regionda investisiya fəaliyyəti ilə təmsil olunur. Kambocadakı tərəfdaşlarımızla birlikdə işləmək və əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdən məmnun olarıq və buna açığıq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər