Anar Hacıyev "Qarabağ"dakı vəzifəsindən ayrılıb
12
okt
2026
17:15
"Qarabağ" Futbol Klubunda kadr dəyişikliyi baş verib. Klubumun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb.
BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb.
2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğu, 1 dəfə ölkə kubokunu qazanıb. O, komanda ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offa yüksəlməsinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin həyəcanını yaşayıb.
Oxşar xəbərlər
"Barselona" Dani Olmonu satmaqdan imtina edib
İspaniyanın "Barselona" klubu Almaniyanın "Bavariya" komandasının maraq göstərdiyi yarımmüdafiəçisi Dani Olmo ilə bağlı qərarını verib. BAKU.WS report-a istinad...