Çin XİN başçısı Azərbaycana səfər edəcək
Çinin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə bu gün baş tutan brifinqdə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin bildirib.
Onun sözlərinə görə, Van İ Bakıda Çin sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək.
"Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Çin sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində iştirak edəcək. Oktyabrın 14-dən 20-dək Van İ həmçinin Azərbaycana, Xorvatiyaya, Monteneqroya və Bolqarıstana səfər edəcək", - Mao Nin bildirib.
Oxşar xəbərlər
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb
İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. BAKU.WS xəbər verir ki, bu barədə...