Ucarda sərnişin avtobusu yandı
12
okt
2026
17:32
Ucarda sərnişin avtobusu yanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olar "İkarus" markalı sərnişin avtobusu anidən alışaraq yanıb. Hadisə nəticəsində Bakı istiqamətində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.
Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb, yolda hərəkət bərpa olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Qalereya
Oxşar xəbərlər
Qusarda yanğın: Bir nəfərin meyiti tapılıb
Qusar rayonunun Xuroba kəndində fərdi yaşayış evində yanğın baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğı...