İrandan Azərbaycana qarşı çirkin təxribat: "Dövlətimiz nə lazımdırsa, edir, edəcək"
Azərbaycanda məktəblərdə vahid geyim qaydalarının tətbiqi ətrafında yaranan gərginlik və bəzi xarici qüvvələrin ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri Baku TV-nin "Aktual gündəm" verilişində müzakirə olunub.
Verilişin qonağı - Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, məktəblərdə baş verən hadisələrin siyasiləşdirilməsinə cəhd göstərilir.
Onun sözlərinə görə, sosial şəbəkələr vasitəsilə insanları qarşıdurmaya sövq edən çağırışlar edilir.
Millət vəkili xüsusilə İrandakı müəyyən dairələrin Azərbaycandakı proseslərə müdaxilə etməyə çalışdığını iddia edib.
Ceyhun Məmmədov xaricdən Azərbaycana qarşı informasiya təxribatlarının aparıldığını da vurğulayıb. O, vətəndaşları təxribatlara uymamağa və ölkədə sabitliyin qorunmasına çağırıb.
"Bütün vətəndaşlarımız təmkinli, səbirli olmalıdır. Hamı təxribatdan qaçmalıdır. Dövlətimiz nə lazımdır, edir, edəcək", - deyə deputat bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. BAKU.WS AZƏRTAC-...