Rusiya deputatı Zelenskiyə 60 günlük atəşkəs əvəzinə kapitulyasiya təklif edib
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Krasov Ukrayna Prezidenti Volodimir Zelenskiyə 60 günlük atəşkəs tələb etmək əvəzinə kapitulyasiya aktı imzalamağı tövsiyə edib.
BAKU.WS xəbər verir ki, Krasov bu barədə açıqlamasında bildirib. O, Ukrayna ilə Rusiya arasında münaqişənin başa çatdırılması üçün Moskvada qeyd-şərtsiz təslimolma aktının imzalanmasını təklif edib.
Qeyd edək ki, Zelenski daha əvvəl ölkədə seçkilərin keçirilməsinə razı olduğunu, bunun üçün isə 60 günlük atəşkəsin təmin edilməli olduğunu bildirib.
Krasov ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı atəşkəsin qüvvəyə minməsi barədə açıqlamasını da şərh edib. Deputat belə razılaşmaların əvvəllər də müzakirə olunduğunu xatırladaraq, münaqişənin dayandırılması ilə bağlı qərarın Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilməli olduğunu deyib.
Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Zelenskini münaqişənin başa çatdırılması üçün zəruri siyasi iradə nümayiş etdirməməkdə ittiham edib.
Oxşar xəbərlər
Məşhur reper ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək
Amerikalı reper Soulja Boy 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Sənətçi musiqi səhnəsini siyasətlə ə...