İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Amerikalı iqtisadçılar Robert Holl və Maykl Vudford iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər. Onlar bu mükafatı makroiqtisadi sabitliyin təmin edilməsinin mikroiqtisadi əsasları ilə bağlı tədqiqatlarına görə qazanıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Nobel Komitəsinin rəsmi saytında məlumat verilib.
Alimlərin araşdırmaları müxtəlif ölkələrin mərkəzi bankları və hökumətləri tərəfindən istifadə olunan nəzəri iqtisadi modellərin formalaşmasına töhfə verib. Onlar inflyasiya, istehsal və istehlak kimi ümumi iqtisadi göstəricilərlə yanaşı, ayrı-ayrı ailələrin və şirkətlərin qəbul etdiyi qərarların bütövlükdə iqtisadi proseslərə təsirini araşdırıblar.
Nobel Komitəsinin qiymətləndirməsinə görə, alimlərin elmi işləri iqtisadiyyatın fəaliyyət mexanizmlərini daha dərindən anlamağa və böhranlara qarşı daha səmərəli tədbirlər hazırlamağa kömək edir. Bu yanaşmalar xüsusilə enerji bazarında baş verən sarsıntılar və istehlak tələbindəki kəskin dəyişikliklər zamanı əhəmiyyətli ola bilər.
Mükafatın ümumi məbləği 12 milyon İsveç kronudur. Qaliblər bu məbləği öz aralarında bərabər böləcəklər.
Oxşar xəbərlər
Məşhur reper ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək
Amerikalı reper Soulja Boy 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Sənətçi musiqi səhnəsini siyasətlə ə...