Von der Leyen Zelenskinin atəşkəs çağırışını dəstəklədi: Ukraynaya 3 milyard avro ayrılır

Von der Leyen Zelenskinin atəşkəs çağırışını dəstəklədi: Ukraynaya 3 milyard avro ayrılır
Dünya 13

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Ukrayna Prezidenti Volodimir Zelenskinin enerji infrastrukturu və ərzaq təchizatının qorunması məqsədilə atəşkəs elan edilməsi çağırışını dəstəkləyib. O, Avropa İttifaqının Ukraynaya əlavə hərbi dəstək göstərəcəyini də açıqlayıb.

BAKU.WS xəbər verir ki, tərəflər arasında keçirilən görüşdən sonra həm fon der Leyen, həm də Zelenski bununla bağlı açıqlama veriblər.

Fon der Leyen bildirib ki, Ukrayna bu həftə keçiriləcək Avropa İttifaqı liderlərinin sammitinin əsas müzakirə mövzularından biri olacaq. Onun sözlərinə görə, Kiyevə pilotsuz uçuş aparatları və raketlər üçün əlavə maliyyə ayrılması, eləcə də müdafiə imkanlarının gücləndirilməsi nəzərdə tutulur.

Zelenski isə Ukraynaya təxminən 3 milyard avro həcmində əlavə hərbi yardım ayrılacağının təsdiqləndiyini bildirib. O, daha əvvəl təqdim edilən 1,24 milyard avroluq müdafiə dəstəyinə görə Avropa İttifaqına təşəkkür edib.

Ukrayna Prezidenti həmçinin Rusiyanın Kiyev və Xarkov vilayətində enerji obyektlərinə hücum etdiyini, bunun bəzi ərazilərdə elektrik kəsintilərinə səbəb olduğunu qeyd edib. Zelenski hücumların ABŞ Prezidenti Donald Trampın enerji atəşkəsi ilə bağlı açıqlamasından sonra baş verdiyini vurğulayıb.

Tərəflər Ukraynanın Avropa İttifaqına üzvlük prosesi çərçivəsində danışıqların növbəti mərhələlərinə hazırlıq və gələcək addımların əlaqələndirilməsi barədə də razılığa gəliblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər