Payızda turistlərin ən çox getdiyi ŞƏHƏRLƏR

Payızda turistlərin ən çox getdiyi ŞƏHƏRLƏR
Dünya 24

Payız aylarında dünyanın müxtəlif şəhərləri turistlərin diqqətini cəlb edir. Asiya və Avropanın bir sıra şəhərləri beynəlxalq ziyarətçilərin sayına görə ön sıralarda yer alır.

BAKU.WS xəbər verir ki, 2025-ci il üzrə beynəlxalq turist gəlişlərinə dair statistikaya əsasən, Banqkok dünyanın ən çox ziyarət edilən şəhərləri arasında ilk sırada qərarlaşıb. Şəhər il ərzində 30,3 milyon beynəlxalq turist qəbul edib.

Xarici turistlərin ən çox üz tutduğu şəhərlərin ilk onluğu belədir:

  1. Banqkok, Tailand - 30,3 milyon turist

  2. Honq Konq - 23,2 milyon

  3. London, Böyük Britaniya - 22,7 milyon

  4. Makao - 20,4 milyon

  5. İstanbul, Türkiyə - 19,7 milyon

  6. Dubay, Birləşmiş Ərəb Əmirlikləri - 19,5 milyon

  7. Məkkə, Səudiyyə Ərəbistanı - 18,7 milyon

  8. Antalya, Türkiyə - 18,6 milyon

  9. Paris, Fransa - 18,3 milyon

  10. Kuala Lumpur, Malayziya - 17,3 milyon.

Payız mövsümündə Avropa şəhərləri də səyahət həvəskarlarının maraq dairəsindədir. Vyana, Budapeşt və Afina tarixi abidələri, mədəni tədbirləri və mülayim hava şəraiti ilə seçilir. Bu şəhərlər turistlərə izdihamlı yay mövsümündən sonra daha rahat səyahət etmək imkanı yaradır.

Qeyd edək ki, sadalanan rəqəmlər 2025-ci il üzrə ümumi beynəlxalq turist gəlişlərini əhatə edir və yalnız payız aylarına aid deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər