Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
12
okt
2026
14:00
Mingəçevir şəhərində tələbə bıçaqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 18 yaşlı Nurəddin Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 19 yaşlı Dağlar Mehdizadəyə kəsici alətlə xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb. D.Mehdizadə Mingəçevirdə kollec tələbəsidir. O, N.Hüseynovla bir otaqda kirayə yaşayırmış. N.Hüseynov isə həmin kolleci bir il əvvəl bitiribmiş.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
Nardaran qəsəbəsində yerləşən 130 saylı məktəbin qarşısında bir qrup şəxs dini şüarlar səsləndirib. BAKU.WS xəbər verir ki, ərazidə toplaşan şəxslər məktəblərdə...