"Hörümçək-adam"ın ulduzu boşandığı həyat yoldaşının toyunda aparıcılıq edib
"Hörümçək-adam" filmlərindəki rolu ilə tanınan aktyor Tobi Maquayr rəsmi boşanmasından cəmi iki həftə sonra keçmiş həyat yoldaşı Cennifer Meyerin toy mərasimini idarə edib.
BAKU.WS xəbər verir ki, 51 yaşlı aktyorun keçmiş həyat yoldaşı milyarder Cefri Oqunlesi ilə ailə qurub. Toy mərasimi Havay adalarında yerləşən "Four Seasons Resort Lanai" hotelində keçirilib.
Mərasimdə aktyor Leonardo DiKaprio, model Vittoriya Çeretti və aktrisa Kortni Koks da daxil olmaqla bir sıra məşhurlar iştirak ediblər. Maquayr və Meyerin övladları – 19 yaşlı Rubi və 17 yaşlı Otis də valideynlərinin yanında olublar.
Qeyd edək ki, Tobi Maquayr və Cennifer Meyer 2016-cı ildə ayrılıblar. Doqquz il evli olan cütlük boşanma prosesini yalnız 2026-cı ilin sentyabrında rəsmiləşdirib.
Oxşar xəbərlər
Bakıdakı dəbdəbəli toya Alessandro Safina, Murat Boz gəldi
Paytaxtda keçirilən daha bir toy təmtərağı ilə müzakirələrə səbəb olub. BAKU.WS xəbər verir ki, yeni ailə quran cütlüyün dəbdəbəli məclisinə dünyaca məşhur müğ...