Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12
okt
2026
14:20
Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
BAKU.WS xəbər verir ki, Kambocanın Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub.
Baş nazir Hun Manet, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib
Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haq...