Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi: 72 nəfər ölüb

Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi: 72 nəfər ölüb
Dünya 38

Sudanın şimalında, Misirlə sərhəd bölgəsində yerləşən qızıl mədəninə hava hücumu nəticəsində 72 şaxtaçının öldüyü iddia olunur. Hücumun Misir Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi bildirilir.

BAKU.WS xəbər verir ki, Sudanda fəaliyyət göstərən "Fövqəladə Vəziyyət Hüquqşünasları" insan haqları təşkilatı hadisə ilə bağlı məlumat yayıb.

Sudan Həkimlər Şəbəkəsi də bölgəyə hava zərbəsi endirildiyini təsdiqləyib. Təşkilatın açıqlamasında çoxsaylı insanın öldüyü bildirilsə də, hücumun kim tərəfindən həyata keçirildiyi dəqiqləşdirilməyib.

Hadisə ilə bağlı hələlik heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Misir Hərbi Hava Qüvvələri və Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən silahlı qarşıdurma ölkənin iqtisadiyyatına ciddi təsir göstərir. Qızıl hasilatı hər iki tərəf üçün əsas gəlir mənbələrindən birinə çevrilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər