İşçilərinin soyuqda işə gəlməsinə ürəyi dözməyən müdir onlara BMW bağışladı

İşçilərinin soyuqda işə gəlməsinə ürəyi dözməyən müdir onlara BMW bağışladı
Foto
Dünya 141

Çində restoran şəbəkəsinin rəhbəri Ma Yanli nümunəvi fəaliyyət göstərən əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib.

BAKU.WS "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, Henan əyalətinin Ciaozuo şəhərində fəaliyyət göstərən ət restoranları şəbəkəsinin sahibi işçilərinin əlverişsiz hava şəraitində elektrik skuterləri ilə işə getməsinə ürəyi dözmədiyi üçün belə qərar verib.

Ma Yanli sentyabrın 24-də əməkdaşlarını avtomobillərini təhvil almaq üçün BMW salonuna aparıb. Hər birinin qiyməti 300 min yuan (təxminən 45 min dollar) olan avtomobillərin pulunu o, hədiyyədən iki həftə əvvəl tam ödəyib.

Rəhbərin sözlərinə görə, bu fikrə ötən qış gəlib. Səkkiz ildir onun restoranında çalışan Li Cienin soyuq havada işə gəldiyini görən Ma Yanli əməkdaşının üşüməsindən təsirlənib.

O bildirib ki, şirkətin uğuru bütün kollektivin əməyinin nəticəsidir və işçilər də bu uğurdan faydalanmalıdırlar.

Qeyd edək ki, Ma Yanli 20 ildir iaşə sektorunda çalışır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər