Səudiyyə Ərəbistanı və İranın XİN rəhbərləri regional gərginliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
BAKU.WS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Danışıq zamanı tərəflər Yaxın Şərqdəki son hadisələri, regionda artan gərginliyi və yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində atılan addımları nəzərdən keçiriblər. Telefon əlaqəsinin İran tərəfinin təşəbbüsü ilə qurulduğu bildirilib.
Abbas Əraqçi isə "Telegram" kanalında paylaşdığı məlumatda regional vəziyyətin daha da gərginləşməsindən narahatlığını ifadə edib. O vurğulayıb ki, hərbi vasitələrə üstünlük verilməsi və siyasi dialoqun arxa plana keçirilməsi böhranın dərinləşməsinə səbəb ola bilər.
İranın xarici işlər naziri, həmçinin Tehranın böhranın siyasi yollarla həllinə töhfə vermək məqsədilə Səudiyyə Ərəbistanı ilə Yəmən arasında dialoqun təşviqinə dəstək göstərməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Payızda turistlərin ən çox getdiyi ŞƏHƏRLƏR
Payız aylarında dünyanın müxtəlif şəhərləri turistlərin diqqətini cəlb edir. Asiya və Avropanın bir sıra şəhərləri beynəlxalq ziyarətçilərin sayına görə ön sıra...