Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının əməliyyat fəaliyyəti şənbə günü baş vermiş hücumlardan sonra müvəqqəti olaraq dayandırılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, hava limanı dəymiş ziyanın qiymətləndirilməsi və obyektlərin təhlükəsizliyinin yoxlanılması başa çatana qədər fəaliyyət göstərməyəcək.
"Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı şənbə günü günün ikinci yarısında hücuma məruz qalıb. Hücum nəticəsində bir neçə nəfər yaralanıb, hazırda onların dəqiq sayı müəyyənləşdirilir", - qurumun bəyanatında bildirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının "Saudia Airlines" milli aviaşirkətinin pilotu və ölkənin daha iki vətəndaşı husilərin Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına endirdiyi zərbələr nəticəsində həlak olub.
Oxşar xəbərlər
İnsultdan sonra yaddaşı qorumağa kömək edən QİDALAR
Balıq, tərəvəz, yumurta və çay istehlakı insult keçirən yaşlı insanlarda yaddaşın və digər idrak qabiliyyətlərinin zəifləməsini ləngidə bilər. BAKU.WS xəbər ver...