Kremldən Putin və Trampın gizli danışığı ilə bağlı zarafat
11
okt
2026
21:53
Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ictimaiyyətə açıqlanmayan gizli telefon danışığının baş tutmuş ola biləcəyini zarafatla bildirib.
BAKU.WS xəbər verir ki, jurnalistlər Putinin Trampla gizli şəkildə danışıb-danışmadığını soruşublar. Peskov gülərək belə cavab verib: "Sizin bilmədiyiniz bir zəng? Bəlkə də olub".
Qeyd edək ki, Putin və Tramp oktyabrın 9-da telefon danışığı aparıblar. Danışıqlar zamanı Rusiyadan ABŞ və dünya bazarlarına dizel yanacağının tədarükü ilə bağlı razılıq əldə edildiyi bildirilib.
Oxşar xəbərlər
Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirə bilər
Avropa İttifaqı (Aİ) hibrid təhdidlərə qarşı təhlükəsizliyi gücləndirmək məqsədilə Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirməyi planlaşdırır. BAKU.W...