Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın tənqidlərindən sonra ölkədə seçkilərin keçirilməsinə hazır olduğunu açıqlayıb. O, bunun üçün 60 günlük tam atəşkəsin elan edilməsini vacib şərt kimi irəli sürüb.
BAKU.WS xəbər verir ki, Zelenski bu barədə "ABC News" telekanalına müsahibəsində danışıb.
Ukrayna lideri bildirib ki, ölkənin gələcək rəhbərini xalq seçməlidir. Onun sözlərinə görə, 60 günlük atəşkəs təmin olunarsa, seçkilərin təşkili mümkün olacaq.
Zelenski əlavə edib ki, hazırkı hakimiyyət xalqın seçiminə hörmətlə yanaşmağa hazırdır.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Ukraynaya yeni prezident lazım olduğunu bildirərək Zelenskini tənqid etmişdi.
Oxşar xəbərlər
İran ABŞ-nin BƏƏ və Hörmüz boğazı ətrafındakı obyektlərini hədəfə ala biləcəyini açıqlayıb
İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri Möhsün Rezai ABŞ-yə məxsus Birləşmiş Ərəb Əmirlikləri və Hörmüz boğazı ətrafında yerləşən obyektlərin mümkün hədə...