Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə evdə səs-küy salan oğul həbs olunub.
BAKU.WS lent.az-a istinadən bildirir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib.
36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimin ucadan nalayiq ifadələr işlətdiyini görüblər. Ona irad bildirilərək, hərəkətlərini dayandırması bildirilsə də, Fərahim qanuni tələbə məhəl qoymayaraq, əməllərinə davam edib.
Nəticədə o saxlanılaraq, şöbəyə gətirilib. Barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.
F. Şükürovun sözlərinə görə, atası yatan vaxtı evə gəlib və özünə əsəbiləşdiyi üçün səs-küy salıb. Səs-küyə görə yuxudan oyanan atası onun barəsində şikayət edib. Fərahim etdiyi əməldən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə Fərahim Şükürov 25 gün müddətinə inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu
Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 5 hərbçi həyatını itirib....