İran ABŞ-nin BƏƏ və Hörmüz boğazı ətrafındakı obyektlərini hədəfə ala biləcəyini açıqlayıb
İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri Möhsün Rezai ABŞ-yə məxsus Birləşmiş Ərəb Əmirlikləri və Hörmüz boğazı ətrafında yerləşən obyektlərin mümkün hədəflər sırasında olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi bu barədə "Press TV"yə müsahibəsində danışıb.
Rezainin sözlərinə görə, ABŞ-nin regionda yerləşən bir sıra bahalı aktivləri indiyədək İranın hədəfləri siyahısına daxil edilməyib. O xəbərdarlıq edib ki, müharibə yenidən başlayacağı təqdirdə həmin obyektlər İran ordusunun hədəfinə çevrilə bilər.
İranlı rəsmi hədəflər sırasında rabitə kabelləri, məlumat mərkəzləri, süni intellekt infrastrukturu və internet saytlarının olduğunu bildirib. Onun iddiasına görə, bu obyektlərin ümumi dəyəri 2 trilyon dolları ötür.
Oxşar xəbərlər
Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
ABŞ-yə məxsus kəşfiyyat təyyarəsi Qara dəniz üzərində, Krım yarımadasından yüzlərlə kilometr məsafədə müşahidə olunub. BAKU.WS xəbər verir ki, Bombardier ARTEMI...