Qırmızı dənizdə miqrantları daşıyan gəmi batıb: 109 nəfər ölüb
Qırmızı dənizdə, Cibuti sahillərində miqrantları daşıyan gəminin batması nəticəsində azı 109 nəfər həyatını itirib, 116 nəfər isə itkin düşüb.
BAKU.WS xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, gəmidə Cibutidən Yəmənə doğru hərəkət edən 305 Efiopiya vətəndaşı olub. Faciə nəticəsində ölənlər arasında 15 uşaq da var. Təxminən 80 nəfər sağ qalıb.
Hadisə oktyabrın 9-na keçən gecə Cibutinin Obok şəhərindən şimalda baş verib. Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, Bab-əl-Məndəb boğazı vasitəsilə Yəmənə, oradan isə Səudiyyə Ərəbistanına uzanan marşrut Şərqi Afrikadan miqrantların istifadə etdiyi əsas istiqamətlərdən biridir.
Oxşar xəbərlər
Kabildə keçirilən sərgidə 400 milyon dollarlıq sazişlər imzalanıb
Əfqanıstan, Özbəkistan və Hindistandan olan sahibkarlar ticarət və investisiya əlaqələrinin genişləndirilməsi məqsədilə ümumi dəyəri təxminən 400 milyon dollar...