Premyer Liqa: "Qarabağ" "İmişli"yə qalib gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının VII turunda "Qarabağ" səfərdə "İmişli" ilə qarşılaşıb.
BAKU.WS xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matç qonaq komandanın qələbəsi ilə başa çatıb - 2:0.
Qolları 59-cu dəqiqədə Aleksey Kaşuk və 88-ci dəqiqədə Jali Muaddib vurub.
Ağdam təmsilçisi 16 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 4 xalı olan "İmişli" isə doqquzuncudur.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.
Oxşar xəbərlər
Portuqaliya millisindən Ronaldoya xüsusi JEST
Portuqaliya millisinin futbolçuları UEFA Millətlər Liqasında Danimarka ilə oyundan əvvəl Kriştiano Ronaldonun 7 nömrəli forması ilə meydana çıxıblar. BAKU.WS xə...