Dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 29

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan yığması qarışıq komanda yarışında Avstriya millisi ilə qarşılaşıb.

BAKU.WS xəbər verir ki, rəqibi ilə 1/16 finalnda üz-üzə gələn yığmamız 4:0 hesablı qələbəyə sevinərək növbəti mərhələyə adlayıb.

Komandanın 1/8 finaldakı rəqibi Yaponiya seçməsi olacaq.

***10:00

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı bu gün qarışıq komanda yarışları ilə başa çatacaq. Azərbaycan millisi turnirin son günündə Avstriya yığması ilə qarşılaşacaq.

BAKU.WS xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın səkkizinci günündə 18 ölkədən 192 idmançı mübarizə aparacaq.

Qarışıq komanda yarışlarında görüşlər altı çəki dərəcəsi üzrə keçiriləcək. Kişilər -73 kq, -90 kq və +90 kq, qadınlar isə -57 kq, -70 kq və +70 kq çəki dərəcələrində tatamiyə çıxacaqlar.

Azərbaycan yığması mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. İlk rəqib Avstriya komandası olacaq. Millimiz bu mərhələni adlasa, növbəti qarşılaşmada Yaponiya yığması ilə üz-üzə gələcək.

Dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Komandamızın heyətində qadınlardan Gültac Məmmədəliyeva və Xədicə Qədəşova (-57 kq), Südabə Ağayeva və Hanna Zaytseva (-70 kq), Madina Kaisinova (+70 kq) yer alıblar.

Kişilərin yarışında isə Rəşid Məmmədəliyev və Ruslan Paşayev (-73 kq), Zelim Tçkayev və Süleyman Şükürov (-90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (+90 kq) ölkəmizi təmsil edəcəklər.

Təsnifat mərhələsinin görüşləri saat 09:30-da, final bloku isə saat 18:00-da başlayacaq. Yarışları "CBC Sport" və "Judo TV" kanallarından canlı izləmək mümkün olacaq. Dünya çempionatının biletləri "iTicket.az" platformasında satışdadır.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışlarda dünya çempionatları tarixində rekord nəticə göstərərək 7 medal qazanıb. Əhməd Yusifov (-60 kq) qızıl, Zelim Tçkayev (-81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (-73 kq), Ömər Rəcəbli (-81 kq), Murad Fətiyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medallara sahib olublar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər