Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb
Boks üzrə Azərbaycan millisi Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında daha bir medal qazanıb. Komandanın heyətində Səma Abbasova (66 kq) fəxri kürsüyə yüksəlib.
BAKU.WS xəbər verir ki, A.Abbasova finalda Ada Eybeyə (Türkiyə) məğlub olaraq gümüş medala yiyələnib.
Bununla da yığmanın medallarının sayı 5-ə yüksəlib. Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, bu gün daha 3 idmançımız final döyüşünə çıxacaq.
****
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.
Azərbaycan Boks Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, 57 kq çəkidə mübarizə aparan milli komandanın üzvü finalda Aliya İbrahimi (Almaniya) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən C. Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.
Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, bu gün daha 4 idmançımız final döyüşünə çıxacaq.
Oxşar xəbərlər
"Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək
Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə e...