"Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək
11
okt
2026
13:15
Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək.
BAKU.WS xəbər verir ki, qarşılaşmanın baş hakimi Sebastian Qishamer olacaq.
FIFA referisinə həmyerliləri Roland Ridel və Santino Şrayner kömək edəcək.
Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Alan Kiyas , AVAR-da Josef Spurni əyləşəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 13-da, Bakı Olimpiya Stadionunda saat 20:45-də start götürəcək.
Oxşar xəbərlər
Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ-Xankəndi III B...