Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu

Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu
Foto
Hadisə 150

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yük maşınının aşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Laçın rayonunun Kamallı kəndində daimi qeydiyyatda olan, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsində məskunlaşmış, 1985-ci il təvəllüdlü Xudayar Əhliman oğlu Səmədov "Mersedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə İmişli rayonu ərazisindəki mal bazarından Bakı şəhərinə gəlirmiş.

O, Bakı-Ələt yolunda idarəetməni itirərək yük maşınını aşırıb.

Avtoqəza nəticəsində sürücü Xudayar Səmədov və sərnişinləri - Laçın rayonunun Kamallı kənd sakinləri, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Qarabağ küçəsində məskunlaşan, 1972-ci il təvəllüdlü İzahat Mətləbxan oğlu Məmiyev, Xətai rayonu, Mirzə Davud küçəsində məskunlaşmış, 1978-ci il təvəllüdlü Rahib Muradxan oğlu İsfəndiyarov və Laçın rayonunun Qarakeçdi kənd sakini, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Neftçilər parkı adlanan ərazidə məskunlaşmış,1981-ci il təvəllüdlü Vüqar Telman oğlu Hüseynov hadisə yerində ölüblər.

Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu

Hadisə nəticəsində xəsarət alan digər sərnişin, Laçın rayonunun Qarakeçdi kənd sakini, müvəqqəti olaraq Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə məskunlaşmış,1984-cü il təvəllüdlü Alyoşa Vəzir oğlu Bəşirov ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, vəziyyəti ağırdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər