"Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı

Kara Haydarın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı
Video
Şou-biznes 218

Ankarada "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan və onunla əlaqəli şəxslərə qarşı aparılan cinayət işi çərçivəsində növbəti irimiqyaslı əməliyyat keçirilib.

BAKU.WS xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan əməliyyat zamanı Antalyadakı obyektlərdən birində 1 milyard 541 milyon 395 min lirə nağd vəsait kimi aşkar olunaraq müsadirə edilib.

Hüquq-mühafizə orqanları bu əməliyyatı cinayət yolu ilə əldə edilmiş əmlakın və vəsaitlərin yuyulması maddəsi üzrə aparılan təhqiqat çərçivəsində həyata keçirib.

Xatırladaq ki, bu, sözügedən şəbəkəyə qarşı həyata keçirilən ilk belə əməliyyat deyil.

Əvvəllər İstanbulun Sarıyer rayonunun Maslaq məhəlləsində iki avtomobildə aparılan axtarışlar zamanı 16 milyon 440 min avro və 700 min dollar nağd pul ələ keçirilib.

Həmin vaxt müsadirə olunan xarici valyutanın təxminən 954 milyon lirə dəyərində olduğu bildirilib.

Antalyadakı son əməliyyatla birlikdə, Mehmet Fatih Tançalanın işi üzrə hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilən ümumi vəsaitin məbləği 2 milyard 475 milyon lirəyə çatıb.

Hazırda Ankara Baş Prokurorluğu tərəfindən iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər