Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Türkiyəli keçmiş model Deniz Akkayanın qızı ilə bağlı məhkəmə işində yekun qərar verilib.
BAKU.WS xəbər verir ki, o qızına qarşı törətdiyi şiddətdə ittiham olunaraq 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə iki il əvvəl, yəni 2024-cü ildə baş verib.
İlkin ifadəsində Deniz Akkaya özünün qızının hücumuna məruz qaldığını iddia etsə də, 15 yaşlı qızı anası tərəfindən fiziki şiddətə məruz qaldığını bəyan etmişdi.
Birinci məhkəmə prosesində Akkaya 4 ay müddətinə həbs cəzası almışdı. Qızının vəkilinin çıxarılan qərardan narazı qalaraq etiraz etməsindən sonra iş yenidən araşdırılıb.
Məhkəmə Deniz Akkayanın əvvəllər başqa bir cinayət işi üzrə məhkumluq həyatı olmasını əsas gətirərək bu dəfəki cəzanın təxirə salınmasından imtina edib.
Yekun iclasda hakim onun 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Hökm qanuni qüvvəyə minəcəyi təqdirdə, keçmiş model real həbs cəzası alaraq cəzaçəçmə müəssisəsinə göndəriləcək.
Oxşar xəbərlər
Rza Zərrabın həyat yoldaşının adı milyardlarla dollarlıq FOND QALMAQALINDA
ABŞ-də yaşayan iş Rza Zərrabın həyat yoldaşı Dilara Altıntopun adı milyardlarla dollarlıq fond qalmaqalında çəkilir. BAKU.WS xəbər verir ki, Türkiyədə geniş ək...